Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Eldar Qasımov okeanın o tayına - ABŞ-a səfər edib.
Bizim.Media xəbər verir ki, Nyu-York şəhərini qarış-qarış gəzən estrada ulduzu metroya enib, “Time Square” (saat meydanı) və Azadlıq heykəlinə baş çəkib.
Qasımov paylaşımlarına “Nyu-York sən məni çox acınacaqlı dərəcədə kiçik və eyni zamanda ən böyük hiss etdirdin. Təşəkkür edirəm və yenidən görüşənədək.
Nyu-Yorka necə vurulduğumu sizə öz sözlərimlə anlatmağa heç cəhd də göstərmirəm. “Google”da bir sitata rast gəldim:
“Nyu-Yorkdan çıxanda dünyanın qalan hissəsinin nə qədər təmiz olduğuna heyrətlənirsən. Təmizlik kifayət deyil” şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media