Salyanda qadın avtobusdan yıxılaraq öldü

Salyanda qadın avtobusdan yıxılaraq öldü

Hazırda oxunan: Salyanda qadın avtobusdan yıxılaraq öldü

144208

Salyanda bədbəxt hadisə baş verib. Bir nəfər avtomobildən yıxılaraq ölüb.

Bizim.Media-nın cənub  bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Plastmass yaşayış massivinin sakini, 1959-cu il təvəllüdlü Bağırova Fatma Qəhrəman qızı sərnişini olduğu mikroavtobusla gələrkən qəfil astması  tutur.

Sürücü qadının nəfəs alması üçün qapını açır, bu zaman qadın çantasından astma xəstəliyinə qarşı dərmanı çıxarmaq istəyərkən avtomobildən yerə yıxılır və yuvarlanaraq başı dəmir-betona çırpılır.

Hadisə nəticəsində F. Bağırova dünyasını dəyişir. 

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO