Qarabağda məhv edilən terrorçular arasında Ermənistan hərbçilərinin nə işi var? -  VİDEO

Qarabağda məhv edilən terrorçular arasında Ermənistan hərbçilərinin nə işi var? -  VİDEO

Hazırda oxunan: Qarabağda məhv edilən terrorçular arasında Ermənistan hərbçilərinin nə işi var? -  VİDEO

144184

Mayın 30-da Bratislavada keçirilən tədbir zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağda ölkəsinin silahlı qüvvələrinin hərbi qulluqçularının olmadığını bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində deyilir.

Qeyd olunur ki, iyunun 27-də ordumuzun növbəti erməni təxribatına cavab olaraq həyata keçirdiyi “Qisas 2” əməliyyatı zamanı 5 terrorçu zərərsizləşdirilib və tezliklə Ermənistanın Müdafiə Nazirliyi onlardan ikisinin ölkənin silahlı qüvvələrinin hərbçisi olduğunu etiraf edib.

Bu azmış kimi Nazirlik Azərbaycana həmin hərbçilərin cəsədlərini qaytarmaq xahişi ilə müraciət edib və tərəfimizdən humanizm əlaməti olaraq erməni döyüşçülərin meyitləri ölkələrinə geri göndərilib.

“Əgər Ermənistan rəhbərliyi bütün dünyanı öz sülhsevərliyinə və Azərbaycan torpağında onlara məxsus hərbçilərin olmamasına inanadırmağa çalışırsa, bəs ordumuzun Qarabağda məhv etdiyi terrorçular arasında Ermənistan MN-nin əsgərlərinin nə işi var?”, - videomaterialda vurğulanır.

Daha ətraflı videomaterialda:
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO