Priqojinin üsyanı Rusiyanın daxili işidir - Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri 

Priqojinin üsyanı Rusiyanın daxili işidir - Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri 

Hazırda oxunan: Priqojinin üsyanı Rusiyanın daxili işidir - Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri 

144116

İyunun 23-24-də özəl hərbi şirkət olan “Vaqner”in üsyanı sübut etdi ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı tam miqyasda işğal etmək qərarı ilə ölkəsinə zərər verib.

Bizim.Media xəbər verir ki, bu fikirləri Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns deyib.

O, qeyd edib ki, Yevgeni Priqojin üsyana başlamazdan əvvəl Rusiya hakimiyyətini Ukraynaya müdaxiləsinə, Rusiya hərbi rəhbərliyini isə necə müharibə aparmasına görə kəskin tənqid edib.

MKİ direktoru Priqojinin çıxışını ciddi qəbul edib və bunu Rusiya dövlətinə silahlı çağırış adlandırıb. 

Eyni zamanda, o vurğulayıb ki, üsyan Rusiyanın daxili işidir və ABŞ-ın bununla heç bir əlaqəsi yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO