“Kəpəz”də maliyyə problemi – Türkiyə toplanışı ləğv olundu - ÖZƏL

“Kəpəz”də maliyyə problemi – Türkiyə toplanışı ləğv olundu - ÖZƏL

Hazırda oxunan: “Kəpəz”də maliyyə problemi – Türkiyə toplanışı ləğv olundu - ÖZƏL

144089

Yeni mövsüm öncəsi “Kəpəz”də yenə maliyyə problemi yaşanır. 

Bizim.Media xəbər verir ki, məhz bu səbəbdən komandanın hazırlıq planında məcburi dəyişiklik edilib.

İlkin olaraq Gəncə təmsilçisinin təlim-məşq toplanışı üçün Türkiyənin Ərzurum şəhərinə getməsi planlaşdırılımışdı. Ancaq məhz maliyyə çətinliyi ucbatından hazırlıq ölkə daxilində keçiriləcək. Konkret olaraq, Azər Məmmədovun yetirmələri iyulun 3-dən Bakıda məskunlaşacaqlar.
Komanda burada iyulun 7-də “Səbail”, 13-də isə “Zirə” ilə yoxlama oyunu keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO