“Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində yerli ictimaiyyəti işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün plakatlar asılıb.
Bizim.Media bildirir ki, bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Şəhərin mərkəzində yerləşən binalardan asılan plakatlarda böyük hərflərlə “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına və təcavüzünə son!” şüarları yazılıb.
Plakatlardan biri Vellinqton şəhərinin mərkəzində əhalinin çoxluq təşkil etdiyi Kuba küçəsində, digəri isə ölkə rəsmilərinin daha çox istifadə etdiyi və parlamentə gedən yolun kənarındakı (190 Thorndon Quay Pipitea ünvanı) binadan asılıb.
Bizim.Media