Fransanın Sen-Loren-du-Var şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının III mərhələsi keçirilib.
Bizim.Media xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən güləşçilərin hamısı medal qazanıb.
İbrahim Yusubov (90 kq) çempion olub. Ramiz Həsənov (70 kq) və Oyan Nəzəriani (+90 kq) isə üçüncü yeri tutublar.
Beləliklə, çimərlik güləşi üzrə millinin üzvləri Dünya Seriyasının III mərhələsində 1 qızıl və 2 bürünc medal əldə edib.
Qeyd edək ki, dördüncü mərhələ sentyabrın 9-10-da Rumıniyanın Konstanta şəhərində keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:44 / 30.06.2023
Çimərlik güləşçilərimiz Fransada üç medal QAZANDILAR
Hazırda oxunan: Çimərlik güləşçilərimiz Fransada üç medal QAZANDILAR
Hazırda oxunan: Çimərlik güləşçilərimiz Fransada üç medal QAZANDILAR
143970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.