“Diaspor Komitəsi ona görə yaradılmayıb ki...” – Soydaşımızın Rusiyada güllələnməsinə niyə reaksiya yoxdur?

“Diaspor Komitəsi ona görə yaradılmayıb ki...” – Soydaşımızın Rusiyada güllələnməsinə niyə reaksiya yoxdur?

Hazırda oxunan: “Diaspor Komitəsi ona görə yaradılmayıb ki...” – Soydaşımızın Rusiyada güllələnməsinə niyə reaksiya yoxdur?

143928
"Bənzər xoşagəlməz olay bir qədər əvvəl Gürcüstanda baş vermişdi. İndi də Rusiyada soydaşımız güllələnib. Lazımi addımlar atılmasa, sabah digər ölkələrdə də anoloji olaylar yaşanacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın Novosibirski şəhərində milis əməkdaşının azərbaycanlı gənci güllələməsinə münasibət bildirərkən politoloq Natiq Miri deyib:

"Rusiya həmişə ABŞ-ı irqçilikdə ittiham edir. Ancaq Rusiyanın özündə hər zaman irqçilik meylləri sezilib. Bu ölkədə qafqazlılara alçaldıcı şəkildə "qaralar” deyə müraciət olunur. Moskva bazarlarında xüsusi təyinatlı qüvvələrin ticarətlə məşğul olan azərbaycanlılara hücumları da Rusiyadakı real durumun acınacaqlı olmasından xəbər verir”.

N. Miri Azərbaycanın müvafiq rəsmi qurumlarının baş verən olaya yanaşmasını yerətli saymır: "Bir dövlət o zaman güclüdür ki, onun vətəndaşı digər ölkələrdə belə özünü dövlətinin çətiri altında hiss edir. Artıq güclü dövlət olmağımızın zamanı gəlib. Diasporla İş üzrə Dövlət Komitəsi ona görə yaradılmayıb ki, rəhbərləri turist kimi xarici ölkələri gəzsin. Komitə xarici ölkələrdəki müəyyən dövlət strukturları ilə görüşməli və həmin ölkələrdə yaşayan vətəndaşlarının hüququnun qorunması ilə məşğul olmalıdır”.

Rüfət SULTAN
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO