“Qərb Ukraynadakı münaqişəni dondurmağa çalışır” - Sergey Lavrov

“Qərb Ukraynadakı münaqişəni dondurmağa çalışır” - Sergey Lavrov

Hazırda oxunan: “Qərb Ukraynadakı münaqişəni dondurmağa çalışır” - Sergey Lavrov

143885

“Qərb Ukraynanı hərbi cəhətdən gücləndirmək və münaqişəni dondurmaq üçün vaxt udmağa çalışır”.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə Qərbin planı gələcəkdə Rusiya ilə toqquşmaq üçün Ukraynanı yenidən silahlandırmaqdır:

“Qərb bu münaqişəni müvəqqəti olaraq dondurmağa, bir növ atəşkəsə nail olmağa və Ukraynanı hərbi yolla yenidən gücləndirmək üçün vaxt qazanmağa çalışır. Qərb ölkələri Ukraynada yeni hərbi infrastruktur yaratmaq və Kiyevə “yeni ölümcül uzaqmənzilli silahlar” ötürmək niyyətindədir. Qərblə münasibətlərin korlanmasının səbəbkarı rəsmi Moskva deyil. Biz yalnız sanksiyalara cavab veririk”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO