Yunan mediasından İDDİA: “Azərbaycan ordusu Zəngəzura daxil olacaq”

Yunan mediasından İDDİA: “Azərbaycan ordusu Zəngəzura daxil olacaq”

Hazırda oxunan: Yunan mediasından İDDİA: “Azərbaycan ordusu Zəngəzura daxil olacaq”

14381

“Azərbaycan Ermənistan ərazisinə birbaşa müdaxilə üçün yeni müharibəyə hazırlaşır”.

Bizim.Media xəbər verir ki, analitik Paul Antonopolous “Greek City Times” qəzetindəki məqaləsində bu iddia ilə çıxış edib.

Onun fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağda ermənilər üçün alçaldıcı məğlubiyyətindən sonra Azərbaycana Zəngəzur mahalından (Sünik vilayəti) öz eksklavı olan Naxçıvana çatması üçün birbaşa quru yolu verilib. Bu, 10 noyabrda üçtərəfli atəşkəs sazişinin (Ermənistan-Azərbaycan-Rusiya) imzalanması ilə razılaşdırılıb.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Zəngəzurda tikinti işləri aparır – İRƏVANDAN REAKSİYA


“News.am” nəşri xatırladır ki, Monte Melkonyan 1990-cı illərin əvvəllərində deyib ki, ermənilər Dağlıq Qarabağı itirsələr, Zəngəzur mahalı da (Sünik) Azərbaycanın tabeliyinə keçəcək.

Onun iddiasına görə, Azərbaycan ordusu erməniləri Qarabağdan qovmağı bacarsa, onda Zəngəzura və Ermənistanın digər bölgələrinə hücum edəcəklər:

“Nəticədə rəsmi Ankara neft və qazla zəngin olan Xəzər dənizinə və Orta Asiyaya birbaşa çıxış imkanı əldə edəcək”.

Bu iddiaların əks konturu kimi Azərbaycan prezidenti İlham Əliyev keçən həftə "yeni nəqliyyat dəhlizi Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və materik Azərbaycanı Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək" sözlərini işlədib. 

Azərbaycan lideri çərşənbə axşamı da bu mövzuya toxunaraq bunları qeyd edib: “Ermənistan Zəngəzur dəhlizinin həyata keçirilməsinə mane olmaq istəyir, lakin buna nail ola bilməyəcəklər. Onları məcbur edəcəyik”.

Erməni mediasının düşüncəsinə görə, bu, Azərbaycanın Naxçıvana nəqliyyat dəhlizi açmaq üçün güc tətbiq etməyə hazır olduğunun açıq bir əlamətidir. 

Başqa bir fərziyyəyə görə, Türkiyə və Azərbaycan hərbçiləri Ermənistanla sərhəd yaxınlığında birgə təlimlər keçirməyə hazırlaşır.

Bütün bu deyilənlərlə yanaşı erməni mediası öz dediklərini dolayısı yolla belə inkar edir:

“Ermənistan KTMT-nin üzvüdür. Ermənistana hücum edilərsə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya yardım göstərmək məcburiyyətində qalacaqlar”.

Görünür, rəsmi İrəvanın Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə səsləndirdiyi fikirlərindən xəbərləri yoxdur: “Qonşu dövlətə qarşı torpaq iddiamız yoxdur”.

Bu baxımdan yunanlı analitikin “Azərbaycan ordusu Zəngəzura daxil olacaq” ifadəsi də çıxılmaz vəziyyətdə olan Nikol Paşinyan üçün növbəti bir dəstək nümayişidir.

Yəni bununla Nazirlər Kabinetinin başçısı demək istəyir ki, əhalisi və resursu az olan Ermənistan Azərbaycan-Türkiyə ittifaqının qarşısında duruş gətirə bilməz. Və indidən öz tərəfdaşlarını yanında durmağa səsləyir. 

Əsas tərəfdaş olan rəsmi Moskva isə 2-ci Qarabağ savaşı zamanı və ondan sonra da Ermənistanda baş verənlərə “Öz daxili işləridir, qarışa bilmərik” diplomatik ifadələrlə son qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO