Ərdoğan: “İslam əleyhinə aksiyaların təşkilatçıları məqsədlərinə çatmayacaqlar”

Ərdoğan: “İslam əleyhinə aksiyaların təşkilatçıları məqsədlərinə çatmayacaqlar”

Hazırda oxunan: Ərdoğan: “İslam əleyhinə aksiyaların təşkilatçıları məqsədlərinə çatmayacaqlar”

143809

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı təxribatı pisləyib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) funksionerlərinə müraciət edən Ərdoğan bildirib ki, Ankaranın Stokholmda baş verənlərə reaksiyası son dərəcə sərt olacaq:

“Bu yanaşma Qərbin islamofobiyanın və terrorizmin təzahürləri ilə mübarizədə qətiyyət nümayiş etdirməyə başlayana qədər davam edəcək”. 

Türkiyə lideri vurğulayıb ki, ifadə azadlığı adı altında anti-islam aksiyalarına icazə verən və ya islamafobiya təzahürlərinə məhəl qoymayan strukturlar öz məqsədlərinə çatmayacaq:

“Müsəlmanların inanclarını təhqir etməyin ifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur. Gec, ya tez Qərbin müəyyən dairələrini bu faktı qəbul etməyə məcbur edəcəyik!”, - deyə Ərdoğan qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO