"Müsəlmanlar bizim qardaşlarımızdır".
Bizim.Media "TASS" a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Dərbənddə VIII əsrə aid Cümə məscidini ziyarət edərkən deyib.
V. Putin həmçinin bildirib ki, onun ölkəsində Qurani-Kərimin təhqir edilməsi həm Konstitusiyaya, həm də Cinayət Məcəlləsinə görə cinayət sayılır.
"Qarşılıqlı hörmət və münasibət Rusiya xalqının birliyini möhkəmləndirir", - deyə o, fikirlərini tamamlayıb.
Bizim.Media