Jony

Jony "Əbədi Məşəl" abidəsini ziyarət etdi - VİDEO

Hazırda oxunan: Jony "Əbədi Məşəl" abidəsini ziyarət etdi - VİDEO

143729

Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseyn paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.  

Bizim.Media xəbər verir ki, hazırda paytaxt Bakıda olan sənətçi Şəhidlər Xiyabanı ərazisində yerləşən "Əbədi Məşəl" abidə kompleksini axşam saatlarında ziyarət edib.  

Jony həmin anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Müğənni paylaşımına ana dilində "Əbədi Məşəl" şərhini yazıb.  

Qeyd edək ki, Jony ötən şənbə yəni iyunun 24-də "Sea Breeze" ailəvi-istirahət mərkəzində canlı solo konsert proqramı ilə çıxış edib.

Anşlaqla keçən musiqili gecədə ifaçının əmisi xanəndə Xanhüseyn Hüseynov və Xalq artisti Emin Ağalarov səhnəyə çıxaraq Jony ilə duet oxuyublar.  
 

Rəşad Əliyev, Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO