Boksçumuz Avropa Oyunlarının dörddəbir finalında - FOTO 

Boksçumuz Avropa Oyunlarının dörddəbir finalında - FOTO 

Hazırda oxunan: Boksçumuz Avropa Oyunlarının dörddəbir finalında - FOTO 

143580

Azərbaycan boksçusu Sərxan Əliyev (71 kq) Polşada keçirilən III Avropa Oyunlarında ikinci qarşılaşmasına çıxıb. 

Bizim.Media xəbər verir ki, dünya çempionatının mükafatçısı səkkizdəbir finalda Gürcüstan təmsilçisi Eskerxan Madiyev ilə üz-üzə gəlib.  

Rəqibini 3:2 (27:29, 29:27, *28:28, *28:28, 27:29) hesabı ilə məğlub edən S.Əliyev dörddəbir finala vəsiqə qazanıb. O, dörddəbir final döyüşünə iyunun 28-də çıxacaq. 
Xatırladaq ki, S.Əliyev ilk görüşdə slovakiyalı Mixal Takacsi mübarizədən kənarlaşdırıb. 

Bu gün daha üç boksçumuz rinqə çıxacaq. Anaxanım İsmayılova (50 kq) Rita de Pinyo Soares (Portuqaliya), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Tatevik Xaçatryan (Ermənistan) və Məhəmməd Abdullayev (+92 kq) Nikoloz Beqadze (Gürcüstan) ilə qarşılaşacaqlar. 






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO