SOCAR 14 milyard manatdan çox mənfəət əldə edib - HESABAT   

SOCAR 14 milyard manatdan çox mənfəət əldə edib - HESABAT   

Hazırda oxunan: SOCAR 14 milyard manatdan çox mənfəət əldə edib - HESABAT   

143554

2022-ci ilin dekabr ayının 31-bə qədər Azərbaycan Respublikası Dövləy Neft Şirkətinin gəlirlər və satışların maya dəyəri çıxıldıqdan sonra qalan ümumi mənfəəti 14 milyard 702 manat təşkil edib.  

Bizim.Media SOCAR-ın ötən ili əhatə edən malliyyə hesabatına əsasən bildirir ki, bu mənfəət 2021-ci ildə 8 milyard 842 milyon manat olub.  

Hesablamalardan da görünür ki, 1 il ərzində 5,860 milyard manat və ya 19,86 faizlik artım baş verib.  

Qeyd edək ki, ötən ilin sonuna qədər SOCAR-ın ümumi gəlirləri 119 milyard 228 milyon manat satışların maya dəyəri isə 104 milyard 526 milyon manat, əvvəlki ilin eyni dövründə isə müvafiq olaraq 77 milyard 531 milyon manat və 68 milyard 689 milyon manat olub.  
Hesablamalar zamanı isə bir il ərzində gəlirlərdə 38 milyard 697 milyon manat və ya 33,29 faiz, satışların maya dəyərində isə 35 milyard 837 milyon manat və ya 34,28 faiz artımın baş verdiyi məlum olur.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO