Daşkəsəndə güclü yağışın törətdiyi FƏSADLAR – FOTO/VİDEO  

Daşkəsəndə güclü yağışın törətdiyi FƏSADLAR – FOTO/VİDEO  

Hazırda oxunan: Daşkəsəndə güclü yağışın törətdiyi FƏSADLAR – FOTO/VİDEO  

143535

Bu gün saat 11:00 radələrində Daşkəsən rayonu ərazisinə yağan güclü dolu və leysan yağışları qısa müddət ərzində Daşkəsən şəhərində əksər istinad divarlarını dağıdıb, yol infrastrukturunu, bəzi elektrik və rabitə xətlərini qırıb, sel suları bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Çovdar, Astaf, Qabaqtəpə, Əmirvar, Bayan, Çanaqçı, Quşçu, Alaxançallı və Qaraqullar kəndlərində yollara, fərdi yaşayış evlərinə, təsərrüfatlara ciddi ziyan vurub.   

Daşkəsən şəhərinin mərkəzi küçəsindən güclü sel keçir. Kənd ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.

Hazırda Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanların aradan qaldırılması işləri davam etdirilir.   
 


 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO