Priqojinə qarşı cinayət işinə xitam VERİLMƏYİB  

Priqojinə qarşı cinayət işinə xitam VERİLMƏYİB  

Hazırda oxunan: Priqojinə qarşı cinayət işinə xitam VERİLMƏYİB  

143403

“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) təsisçisi Yevgeni Priqojinin başçılığı ilə silahlı qiyamın təşkili üzrə cinayət işinə xitam verilməyib və Rusiya FTX İstintaq İdarəsinin müstəntiqləri tərəfindən araşdırılması davam etdirilir”. 

Bizim.Media istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş Prokurorluğundakı mənbə "RİA Novosti"yə bildirib. 

Qeyd edək ki, iyunun 24-də ''Vaqner'' özəl hərbi təşkilatı Rusiyada hərbi qiyam qaldırıb.

Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.  

Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. 

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. 24 saatlıq böhranın sonunda Rusiya və "Vaqner" razılığa gəldikdə Priqojin Belarusa gedib. 
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO