Avropa Oyunları: Daha bir idmançımız medalı təmin etdi

Avropa Oyunları: Daha bir idmançımız medalı təmin etdi

Hazırda oxunan: Avropa Oyunları: Daha bir idmançımız medalı təmin etdi

143312

Muay-tay üzrə Azərbaycan millisinin daha bir üzvü Polşada təşkil olunan III Avropa Oyunlarında bürünc medalı təmin edib.

Bizim.Media xəbər verir ki, qadınlar arasında 57 kq çəki dərəcəsində çıxış edən Aysu Devrişova yarımfinala yüksəlməklə buna nail olub.

18 yaşlı idmançı 1/4 final mərhələsində xorvatiyalı Zelyana Pitesa üzərində 30:26 hesablı qələbə qazanıb. O, iyunun 26-da yarımfinal görüşünə çıxacaq.

Qeyd edək ki, bu gün muay-tay üzrə Azərbaycan millisinin digər üzvü Xəyal Əliyev (67 kq) yarımfinala adlayaraq, minimum bürünc medalı təmin edib.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO