İTS-nin rəsmisi: “Xaricdə təhsil alan həkim-uzmanlara yüksək maaşlar təklif olunur”

İTS-nin rəsmisi: “Xaricdə təhsil alan həkim-uzmanlara yüksək maaşlar təklif olunur”

Hazırda oxunan: İTS-nin rəsmisi: “Xaricdə təhsil alan həkim-uzmanlara yüksək maaşlar təklif olunur”

143114

“Xaricdə təhsil almış həkimlərin Azərbaycana qayıdıb işləməsi üçün bütün lazımi şəraitlər nəzərdə tutulub və yüksək maaşlar təklif olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin uzmanlıq proqramıadı altında yeni bir layihə reallaşdırılmağa başlamışdır ki, bunun da əsasını ali məktəbləri yeni bitirmiş uzmanları Azərbaycana cəlb etmək məqsədilə maddi dəstək göstəririk. Belə ki, bu proqrama uyğun olaraq terapiya profilli həkimlərə 5000 manat, cərrahi profilli həkimlərə isə 6500 manat məvacib nəzərdə tutulub. Hesab edirik ki, belə davamlı dəstək vasitəsilə biz xaricdə təhsil almış uzmanlarımızın dövlət xəstəxanalarında çalışmaları üçün cəlb edə biləcəyik”.

Bizim.Media-nın yerli bürosuna bu açıqlamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli verib. Onun sözlərinə görə bu gün səhiyyə ocaqlarına yüksək bilikli və bacarıqlı həkim-uzmanların cəlb olunması, onlara lazımi şəraitlərin yaradılması yerlərdə peşəkar həkim kadrlarının sayının artmasına xidmət edəcək. 

H. İbrahimli onu da vurğulayıb ki, hazırda Gəncədə iki belə yüksək kvalifikasiyalı həkim-uzman işə dəvət olunub və onlara çalışmaq üçün lazım olan bütün şəraitlər yaradılıb. Artıq Bakıda, Ağdaşda, Mingəçevirdə belə həkim uzmanlarımız var və bu artıq ənənə halını alır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO