Xarici diplomatlar Laçın buraxılış məntəqəsində - FOTO  

Xarici diplomatlar Laçın buraxılış məntəqəsində - FOTO  

Hazırda oxunan: Xarici diplomatlar Laçın buraxılış məntəqəsində - FOTO  

143100

Azərbaycanda akkreditə olunan diplomatik korpusun çoxsaylı nümayəndələri iyunun 24-də “Laçın” sərhəd-gömrük buraxılış məntəqəsində olublar. 

Bizim.Media xəbər verir ki, diplomatlar buraxılış məntəqəsində yaradılmış şəraitlə yerindəcə tanış olub və yolun bağlı olması barədə Ermənistan tərəfinin təxribatçı iddialarının həqiqətə uyğun olmadığına şəxsən əmin olublar.

Məlumat verilib ki, iyunun 15-də Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən erməni silahlı təxribatı ilə bağlı hazırda burada istintaq tədbirləri aparılır. İnsidentin baş verməsi faktı barədə xarici diplomatlara ətraflı məlumat verilib. 
Bununla yanaşı, qeyd edilib ki, hazırda tibbi yardıma ehtiyacı olan vətəndaşların daşınması üzrə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti üçün şərait yaradılıb. Beləliklə, “blokada” haqqında istənilən iddialar erməni tərəfinin manipulyasiyalarıdır, hansı ki, Azərbaycan tərəfindən istintaq tədbirlərinin aparılması faktından yalançı təbliğat üçün istifadə edirlər.

Bununla bağlı diplomatlara ətraflı məlumat vermək üçün onlar Həkəri çayı üzərindəki körpünün qarşı tərəfinə gətiriliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO