"Vaqner" Voronejə GİRDİ: Hərbi obyektlər ələ KEÇİRİLDİ – VİDEO  

Hazırda oxunan: "Vaqner" Voronejə GİRDİ: Hərbi obyektlər ələ KEÇİRİLDİ – VİDEO  

143075

Yevgeni Priqojinin muzdluları artıq Rusiyanın Voronej vilayətinə daxil olublar. 

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi Rusiya xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən bildirib. 

“Vaqner” teleqram kanalında məlumat verilib ki, "Vaqner" muzdluları Rusiyanın Voronej vilayətində bütün hərbi obyektləri nəzarətə götürüb.

Məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) mərkəzi ofisinə yaxın mənbə BBC-yə təsdiqləyib. "Voronejdəki bütün əsas obyektlər də nəzarətə götürülüb, hər şey Rostovdakı kimidir", - mənbə deyib.  
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət və qiyam adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO