"Gədəbəyin Söyüdlü kəndində baş verən proseslər təşkil olunur, idarə olunur".
Bizim.Media xəbər verir ki, bu fikri deputat Elman Nəsirov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bir çox insanlar vəziyyəti düzgün təhlil edə bilmir:
“Sosial şəbəkələrdə səs-küy yaradanlar elə düşünür ki, hadisələr birdənbirə baş verib. Amma elə deyil, bu təxribat əvvəldən təşkil olunub. Hadisədən bir müddət əvvəl iki nəfər yas yerində, pul paylayıblar ki, sözügedən hadisələr təşkil olunsun. Söyüdlü hadisələrinin təşkilində bir sıra adlar çəkilir, istintaq gedir və yeni adlar ortaya çıxır. Bütün bunlar onu göstərir ki, Söyüdlu kəndin sadə vətəndaşları təxribata cəlb olunublar”, - deyə o əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:57 / 23.06.2023
"Söyüdlüdə yas yerində pul paylayıblar ki, hadisə təşkil olunsun" - Elman Nəsirov
Hazırda oxunan: "Söyüdlüdə yas yerində pul paylayıblar ki, hadisə təşkil olunsun" - Elman Nəsirov
Hazırda oxunan: "Söyüdlüdə yas yerində pul paylayıblar ki, hadisə təşkil olunsun" - Elman Nəsirov
142902
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.