Avropa çempionatının ilk günündə cüdoçularımız 4 qızıl medal qazandı - FOTO

Avropa çempionatının ilk günündə cüdoçularımız 4 qızıl medal qazandı - FOTO

Hazırda oxunan: Avropa çempionatının ilk günündə cüdoçularımız 4 qızıl medal qazandı - FOTO

142824

22 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 4 qızıl və 1 bürünc medal əldə edib.  

Bizim.Media xəbər verir ki, turnirin ilk günündə 6 çəki dərəcəsində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.  

Oğlanlar arasında -50 kq. çəkidə Məhəmməd Məmişov, -55 kq. çəkidə Mirxaliq İskəndərov, -60 kq. çəkidə Məhəmməd Musayev, qızlar arasında isə -48 kq. çəkidə Vüsalə Hacıyeva bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.  

Oğlanlar arasında -50 kq. çəkidə Əhməd Rüstəmov çempionatın bürünc medalını qazanıb.

Qızlar arasında isə -40 kq. çəkidə Nigar Məmişova 7-ci yerə çıxıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO