Fırtına öncəsi SAKİTLİK – Ermənistan növbəti TƏXRİBAT HAZIRLIĞINDA 

Fırtına öncəsi SAKİTLİK – Ermənistan növbəti TƏXRİBAT HAZIRLIĞINDA 

Hazırda oxunan: Fırtına öncəsi SAKİTLİK – Ermənistan növbəti TƏXRİBAT HAZIRLIĞINDA 

142786

Ermənistanla Azərbaycan arasında baş tutan son intensiv danışıqlardan sonra proses ətrafında sanki müəyyən dərəcədə sakitlik hökm sürür. Belə ki, Vaşinqton, Brüssel, ardınca Kişinyovdakı danışıqlardan sonra proses sanki dayanıb. 

Hətta iki ölkənin xarici işlər nazirlərinin bir müddət əvvəl olması gözlənilən növbəti Vaşinqton görüşü də qeyri-müəyyən müddətədək təxirə salınıb. 

Görəsən, sonuncu intensiv danışıqlardan sonra Ermənistanla dialoqda hökm sürən sakitliyin səbəbləri nədir? Olmaya növbəti əməliyyatlara hazırlıq gedir? 

Bizim.Media-ya açıqlama verən politoloq Elşən Mirzəoğlunun fikrincə, Lissabon görüşü ərəfəsində ilk baxışda prosesdə görünən sakitlik əslində tərəflərin ciddi qarşıdurmaya hazırlaşdıqlarından xəbər verir:
 

MÖVZU İLƏ BAĞLI:

Erməni diversantların məhkəməsinin vaxtı BİLİNDİ - 4 zərərçəkən var  


“Bu sakitliyə və onun səbəblərinə müxtəlif rakursdan yanaşmaq olar. Hər iki tərəf Lissabonda danışıqların növbəti raunduna hazırlaşır. Lissabon formatında görüşün keçirilməsində Qərbin marağı bəllidir.

Qərb münaqişə tərəfləri arasında danışıqlarda Moskvanın moderatorluq imkanlarını daraltmaq və prosesin özünün təklif etdiyi forma və prinsiplər zəminində keçirilməsinə cəhd edir. Bu da bölgədə nüfuz dairəsi uğrunda mübarizənin kəskinləşdiyini deməyə əsas verir. 
Paşinyan rejiminin Qərblə münasibəti bəllidir. O, bunu heç gizlətmir də. Paşinyanın Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını tanımaqla bağlı dedikləri fikirlərin müqabilində Qarabağın təhlükəsizliyi üçün beynəlxalq güclərin iştirakı ilə təminat istəməsi göstərir ki, bu mövqe ona Qərb tərəfindən aşılanıb. Əsas məqsəd də Rusiyanın bölgədən çıxarılmasıdır. 

Kommunikasiyaların açılması məsələsində də Qərblə Rusiyanın mövqeləri fərqlənir. Dəhlizə nəzarət məsələsində iki tərəf arasında kəskin fərqli mövqe var.

Moskva razılaşmasına görə, Zəngəzur dəhlizinə nəzarət Rusiya sərhədçilərinə həvalə olunsa da, Qərb onun Ermənsitan sərhədçilərinə həvalə olunmasını istəyir. 

Ona görə də düşünürəm ki, Lissabon görüşü ərəfəsində ilk baxışda proses ətrafında görünən sakitlik əslində tərəflərin ciddi qarşıdurmaya hazırlaşmalarından xəbər verir. Bunu da tufanqabağı sakitlik kimi dəyərləndirərdim. Lissabon sammitində Bakı irəli sürdüyü 5 şərt əsasında danışıqların davam etdirilməsində israrlı olacaq”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO