“Fənərbaxça” məşhur hücumçunu TRANSFER ETDİ 

“Fənərbaxça” məşhur hücumçunu TRANSFER ETDİ 

Hazırda oxunan: “Fənərbaxça” məşhur hücumçunu TRANSFER ETDİ 

142715

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.  

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "İnter"dən ayrılan Edin Cekonu heyətinə qatıb.  

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı hücumçunun tibbi müayinədən keçmək və sözləşmə imzalamaq üçün İstanbula getdiyi bildirilir.  

Qeyd edək ki, "İnter" Edin Cekonu 2021-ci ilin yayından "Roma"dan transfer edib. Bonsiya və Herseqovina millisinin üzvü son mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO