Tiqran Avinyan məğlub xalqına təsəlli verir

Tiqran Avinyan məğlub xalqına təsəlli verir

Hazırda oxunan: Tiqran Avinyan məğlub xalqına təsəlli verir

1426

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan ermənilərə müraciət edərək onları səbrli olmağa çağırıb.

Bizim.Media erməni saytlarına  istinadən xəbər verir ki,  Avinyan özünün “Facebook səhifəsində Ermənistanın çətin dövr yaşadığını qeyd edib. Əvvəllər “qələbə bizimlədir”, “İrəliləyirik” kimi cəfəng paylaşımlar edən erməni məmur indi nədənsə, insanları ümidsizliyə qapanmamağa çağırıb, hər şeyin əvvəlki dövrə qayıdacağı barədə vədlər verib:

“Bütün gücümüzlə mübarizə aparmaqdan başqa çarəmiz yoxdur. Bu gün müharibə yalnız döyüş meydanında deyil, arxa cəbhədə də gedir. Gələn pis xəbərlərdən ümidi kəsməməliyik. Daha sonra kədər və sevinc üçün vaxtımız olacaq. İndiki vaxtda əsəblərimizi sərt bir daşa çevirməliyik. Tarixdə daha ağır vaxtlarımız olub”.

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra Ermənistanda baş nazir Nikol Paşinyana qarşı istefa çağırışları kütləvi şəkildə artır. Görünən odur ki, hərbi-siyasi böhranla üz-üzə qalan Paşinyan komandası indi belə həyəcanlı çağırışlar etməklə narazı sakinləri sakitləşdirməyə çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO