Dövlət qulluğunda 60 vəzifə üzrə daxili müsahibə ELANI VERİLDİ

Dövlət qulluğunda 60 vəzifə üzrə daxili müsahibə ELANI VERİLDİ

Hazırda oxunan: Dövlət qulluğunda 60 vəzifə üzrə daxili müsahibə ELANI VERİLDİ

142593

İyunun 21-də 12 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 37-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 23-ü B növünə (inzibati icraçı) aiddir.

Ümumilikdə isə Gənclər və İdman Nazirliyində 12, İqtisadiyyat Nazirliyində 11, Maliyyə Nazirliyində 8, Qida Təhlükəsizliyi Agentliyində 6, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində 5, Mədəniyyət Nazirliyində 5, Dövlət Statistika Komitəsində 4, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 3, Dövlət Turizm Agentliyində 3, Səhiyyə Nazirliyində 1, Ali Attestasiya Komissiyasında 1 və Əqli Mülkiyyət Agentliyində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər iyulun 7-dək (saat 18:00-ə qədər) Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO