Birgə intihar edən qızlarla bağlı - TƏFƏRRÜAT

Birgə intihar edən qızlarla bağlı - TƏFƏRRÜAT

Hazırda oxunan: Birgə intihar edən qızlarla bağlı - TƏFƏRRÜAT

14253

Bakıda birgə intihar edən qızlarla bağlı detallar məlum olub. 

Bizim.Media xəbər verir ki, onlar sinif yoldaşı olublar. 

Belə ki, 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı eyni sinifdə oxuyublar.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda dəhşətli intihar: İki gənc qız binanın damından özünü atdı


Onlar Abşeron rayonu, Qobu qəsəbəsində yaşayıblar və həmin qəsəbənin məktəbində təhsil alıblar. 

M.Quliyevanın nənəsi Lökbatan qəsəbəsində yaşayır. Lakin onların intihar etdikləri binada heç bir yaxınları yoxdur. 

Sinif yoldaşı olan qızların intihar səbəbi və niyə məhz həmin binanı seçmələrinin səbəbi məlum deyil. 

İlkin məlumata görə, hadisə yerindən qızlardan birinin məktəb dəftəri aşkarlanıb. Onun dəftərdəki qeydlərindən depressiyada olduğu müəyyən olunub. 

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO