"Valideynlərindən azı biri ali təhsilli olan abituriyentlər daha çox bal toplayırlar" - Məleykə Abbaszadə

Hazırda oxunan: "Valideynlərindən azı biri ali təhsilli olan abituriyentlər daha çox bal toplayırlar" - Məleykə Abbaszadə

142528

"29 ildir təsdiqlənir ki, valideynlərindən azı biri ali təhsilli olan abituriyentlər daha çox bal toplayırlar". 

Bizim.media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İnsan Resursları Zirvəsi 2023" forumunda deyib.  

Onun sözlərinə görə, təxminən 50 faizə yaxın nəticələr göstərir ki, abituriyentlər xarici dili B1 səviyyəsində bilirlər: 

“Bacarıqları ölçmək üçün müəyyən alətlər var. Digər tərəfdən biz bilirik ki, icbari təhsildən sonra 15-16 faiz şəxs hansı səviyyə ilə əmək bazarına daxil olur. Xüsusi bir dövlət proqramı olmalıdır ki, gənclər müəyyən ixtisas sahibi olsunlar. Biz bu yeniyetmələrlə işləməyə başlamışıq və bu, vacib bir prosesdir". 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO