Pentaqon Ukraynanın əks-hücum əməliyyatının gedişatını şərh edərkən bildirib ki,
“Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarının uğurlu olması üçün lazımi vasitələrə malikdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Pentaqonun nümayəndəsi Sabrina Sinq deyib.
Sinqin sözlərinə görə, Ukraynadakı bütün döyüşlər hər gün Baxmutda gedən döyüşlərə çevrilir:
“Biz bilirik ki, döyüşlər çətin olacaq. Bunun vaxt aparacağını da bilirik və biz əminik ki, ukraynalıların döyüş gücü və əks-hücum əməliyyatlarında uğur qazanmaq imkanı var”.
Sinq ABŞ-ın Ukraynaya yardım hesablamalarında Ukrayna tərəfindəki itkiləri nəzərə almasına da diqqət çəkib:
“Biz bilirdik ki, döyüş meydanında itkilər olacaq. Bu, müharibənin bezdirici tərəfidir. Ancaq gördüyümüz kimi, ukraynalılar əvvəldən bunun öhdəsindən gəldilər”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:56 / 21.06.2023
Pentaqon: Ukraynanı çətin döyüşlər gözləyir, itkilər olacaq
Hazırda oxunan: Pentaqon: Ukraynanı çətin döyüşlər gözləyir, itkilər olacaq
Hazırda oxunan: Pentaqon: Ukraynanı çətin döyüşlər gözləyir, itkilər olacaq
142475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.