Ucarda iki avtomobil TOQQUŞDU - Xəsarət alanlar var - FOTO

Ucarda iki avtomobil TOQQUŞDU - Xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Ucarda iki avtomobil TOQQUŞDU - Xəsarət alanlar var - FOTO

142028

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ucar- Zərdab yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Lək kənd sakini Cəfər Allahverdi oğlu Cəfərovun idarə etdiyi “Mercedes" markalı minik maşını ilə rayonun Qarabörk kənd sakini Elşən Əbilhəsən oğlu Hüseynovun idarə etdiyi "VAZ-2107" markalı maşın toqquşub.
Nəticədə "VAZ-2107"nin sürücüsü E. Hüseynov, onun həmkəndlisi, 2007-ci il təvəllüdlü Höcət Ağasəf oğlu Həsənov və qəza anında yol kənarında dayanmış piyada, Ucar rayonunun Boyat kənd sakini, 1943-cü il təvəllüdlü Feyruz Qulam oğlu Abdullayev müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO