Tanınmış jurnalist Kəlbəcərdə vəfat etdi

Tanınmış jurnalist Kəlbəcərdə vəfat etdi

Hazırda oxunan: Tanınmış jurnalist Kəlbəcərdə vəfat etdi

142010

"Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu sabah Kəlbəcərdə vəfat edib.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar bəy doğma yurduna ziyarətə gedibmiş.

Alaçıq quraraq, gecəni kənddə keçirən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib.

Z. Hüseynzadənin 52 yaşı vardı. Başlıbel kəndinin digər sakinləri kimi Zülfüqar bəy də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbel qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb. 

Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez ora səfər edir, Başlıbeldə yaxınlarının məzarlarını ziyarət edirdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO