Tiflisdə azərbaycanlı deputatın telefonu və pulqabısı oğurlandı – Restoranda qalmaqal

Tiflisdə azərbaycanlı deputatın telefonu və pulqabısı oğurlandı – Restoranda qalmaqal

Hazırda oxunan: Tiflisdə azərbaycanlı deputatın telefonu və pulqabısı oğurlandı – Restoranda qalmaqal

14201

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev Tiflis şəhərində restoranların birində bərk əsəbiləşib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Azərbaycan” nəşrinin Telegram kanalı yayıb.

Mənbə yazır ki, millət vəkilinin qəzəbinə oğurluq səbəb olub. Onun pulqabısı və mobil telefonu oğurlanıb. Azərbaycanlı deputatın restorana polis çağırdığı deyilir.

Faktla bağlı araşdırma aparılır.

Gürcüstan KİV-lərinin yazdığına görə, Mirzəyev restoranda azərbaycanlı həmkarı Zaur Darqallı ilə birgə olub. 

Qeyd edək ki, Gürcüstan parlamentinə son seçkilərdə üç azərbaycanlı daxil olub: Zaur Darqallı, Savalan Mirzəyev və Abdulla İsmayılov.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO