Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin 2,7 milyonluq tenderində bu şirkət QALİBİ OLDU – FOTO  

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin 2,7 milyonluq tenderində bu şirkət QALİBİ OLDU – FOTO  

Hazırda oxunan: Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin 2,7 milyonluq tenderində bu şirkət QALİBİ OLDU – FOTO  

141764

Naxçıvan Muxtar Respublikasının “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən “Dərman, sarğı materialları və reaktivlərin alınması nəqsədilə aprelin 18-də başladığı tenderin nəticələri və qalibi açıqlanıb. 

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 2 milyon 744 min 153 manat olan tenderin qalibi “Solamedical” MMC (VÖEN - 1504875281) elan olunub.  

Yaxın günlərdə tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət Mərkəz üçün 150 ədəd 6F Avanti şit (femoral),  200 ədəd 5F EBU 3,0, 200 ədəd 5F JL diaqnostik,  500 ədəd 6F CLS 3,0 Guding SH, 200 ədəd 7 FL 4,0 Guding SH, 700 ədəd 7F CLS 3,5 Guding SH, 500 ədəd Adsos şlankı, 150 ədəd Adsos ucluğu, 300 ədəd alçı corabı, 500 ədəd alçı pambığı, 200 ədəd arterial kanul və digər 808 adda dərman preparatlarının, mal və ləvazimatlarının satın alınmasını həyata keçirəcək.  

Rəsmi şəkildə Nərimanov rayonu M.Araz, ev 18 ünvanında qeydiyyatda olan şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.  
200 manatlıq nizamnamə kapitalına malik olan və iş dünyasında tanınmayan Novruzova Şəhla Mustafa qızının adına sənədləşdirilən “Solamedical” MMC 2019-cu ilin noyabr ayında  İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.

Rəsmi olaraq Nərimanov rayonu M.Araz, ev 18 ünvanında qeydiyyatda olan şirkət yarandığı dövrdən Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta Agentliyinin elan etdiyi çoxmilyonlu tenderlərin tək qalibi olub.  

Belə ki, 2020-ci ilin ortalarından başlayaraq, şirkətə iri məbləğli tenderlər verilməyə başlayıb.

Həmin ilin uyun ayında Milli Onkologiya Mərkəzinin elan etdiyi tenderin qalibi olan “Solamedical” 5 milyon 800 min manatlıq müqaviləyə imza atıb. Bir ay əvvəl isə həmin şirkət Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Dərman preparatlarının və sarğı materiallarının satın alınması” məqsədilə keçirdiyi tenderi qazanıb. 

Bu tenderin nəticəsində isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Solamedical” MMC-yə 2 milyon 90 min manat ödəyib. 

Beləliklə, bu MMC cəmi il yarıma dövlət qurumlarından üst-üstə 10 milyon manata yaxın dəyəri olan tenderlər alıb. 
Təkcə 2022-ci ilin avqustun 17-də İcbari Tibbi Sığorta Agentliyinin “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə sərfiyyat mallarının satın alınması üzrə 292 576 manatlıq tenderini qazanıb. 

Cəmi 1 ay sonra, yəni sentyabrın 19-da Akademik Zərifə Əliyeva adına Milli Aftolmologiya Mərkəzi tərəfindən elan olunan 501 min manatlıq tenderdə qalib olub. 






Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO