Bu ərazilərdən sel keçib - FAKTİKİ HAVA 

Bu ərazilərdən sel keçib - FAKTİKİ HAVA 

Hazırda oxunan: Bu ərazilərdən sel keçib - FAKTİKİ HAVA 

141704

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv və güclü olub. 

Bu barədə Bizim.Media-ya Xidmətdən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Sarıbaşda 120.4 mm (aylıq normanın 67%-i), Şahdağda 55.2 mm (aylıq normanın 116%-i), Qusarda 51 mm (aylıq normanın 107%-i), Şəkidə 38 mm (aylıq normanın 38%-i), Yevlaxda 28 mm (aylıq normanın 57%-i), Tərtər, Bərdədə 27 mm (aylıq normanın 54%-i), Oğuzda 26 mm (aylıq normanın 22%-i), Qəbələdə 21 mm (aylıq normanın 19%-i), Mingəçevirdə 14.2 mm (aylıq normanın 32%-i), Yardımlı 12.4 mm (aylıq normanın 27%-i), Göyçayda 12 mm (aylıq normanın 26%-i), Naftalanda 9 mm, Qrız, Ordubadda 8 mm, Goranboy, Lənkəran, Ağdam, Zərdab, Gədəbəy, Zaqatala, Balakən, Xaltan, Daşkəsən, Tovuz, Gəncə, Sabirabad, Göygöl, Ceyrançöl, Quba, Naxçıvan, Şahbuzda 1-7 mm-dək olub. 

08:00 radələrində Quba rayonu ərazisindən keçən Qudiyalçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Qax rayonu ərazisindən keçən Kürmükçaydan, Oğuz rayonu ərazisindən keçən Əyriçaydan və Qusar rayonu ərazisindən keçən Qusarçaydan qısamüddətli sel keçib. 
Şimal-qərb küləyi arabir Daşkəsəndə 25 m/s, Mingəçevirdə 23 m/s, Ağdamda 22 m/s, Göyçay, Tərtərdə 20 m/s, Naftalanda 18 m/s, Sabirabadda 17 m/s, Naxçıvanda 16 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb. 

Havanın maksimal temperaturu iyunun 15-də iqlim normasından 2.6 dərəcə yuxarı olub, Bakıda və Abşeron yarımadasında 29-34 dərəcə isti, Naxçıvan MR-da 34 dərəcəyədək isti, dağlıq rayonlarda 22-26 dərəcə isti, aran rayonlarında 33-36 dərəcə isti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO