Səidə onları QINADI: “TikTok”un Xalq və Əməkdar artistləri olublar” - VİDEO

Səidə onları QINADI: “TikTok”un Xalq və Əməkdar artistləri olublar” - VİDEO

Hazırda oxunan: Səidə onları QINADI: “TikTok”un Xalq və Əməkdar artistləri olublar” - VİDEO

141592

“O vaxtı normal düşüncəm olsaydı, mən indi müğənni olmazdım, sənətə gəlməzdim. Əslində müğənnilik sənəti gözəldir. Amma sənəti o qədər cılızlaşdırıblar ki, artıq burada olmaq istəmirəm. Hərdən özümə deyirəm ki, kaş başqa bir iş sahəm olardı onunla məşğul olardım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova qonaq olduğu “7 canlı” axşam şousunda deyib. 

Sənətçi bədbəxt hadisələri çəkib, “TikTok”da paylaşıb, izləyici kütləsi artıran şəxsləri tənqid edib: 

“İndi hamı sosial şəbəkələrdə səhifələrini qaldırmağa çalışır. Məsələn: "Bir söz deyim, düşüm “TikTok”un “trend”inə". Olublar “TikTok”un Xalq və Əməkdar artistləri. İnsan intihar edir, digər şəxs isə bunu görüb kömək etməkdənsə əlinə telefonu alıb, başlayır çəkməyə. Çəkir ki, “TikTok”a qoyub, izləyicilərinin sayını artırsın. Əvvəllər belə şeylər yox idi. Bacarırsansa, get ona kömək et. Biabırçılıqdır!”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO