Bu gün Ağdamdan şəhid ailələrinin 4 üzvü məzun oldu - FOTO

Bu gün Ağdamdan şəhid ailələrinin 4 üzvü məzun oldu - FOTO

Hazırda oxunan: Bu gün Ağdamdan şəhid ailələrinin 4 üzvü məzun oldu - FOTO

141504

Müxtəlif təhsil müəssisələrindən məzun olmuş ağdamlı məktəblilərin dörd nəfəri şəhid ailəsi üzvüdür.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, daha üç şəhid ailəsi üzvü, Şəhid Elvin İsizadənin bacısı və Şəhid Polkovnik-leytenant Mehman Qəmbərovun böyük oğlu Nurlan Qəmbərov, könüllü əsgər, kəşfiyyatçı Xalid Hasanın qardaşı Ömər Hasan orta məktəbdən məzun olublar.  

“Son zəng” tədbirlərində şəhidlərin ruhuna ehtiram əlaməti olan kompazisiya nümayiş etdirilib.

Qeyd edək ki, məzunlar arasında şəhid Polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Orucov da yer alır. 


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO