İrakli Qaribaşvili Şarl Mişellə Cənubi Qafqaz regionundakı vəziyyəti MÜZAKİRƏ EDİB 

İrakli Qaribaşvili Şarl Mişellə Cənubi Qafqaz regionundakı vəziyyəti MÜZAKİRƏ EDİB 

Hazırda oxunan: İrakli Qaribaşvili Şarl Mişellə Cənubi Qafqaz regionundakı vəziyyəti MÜZAKİRƏ EDİB 

141497

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.  

Məlumata görə, görüşdə Aİ ilə Gürcüstan arasında münasibətlərin inkişaf perspektivləri, Avropa Komissiyasının Gürcüstan hökumətinə təklif etdiyi 12 bəndlik öhdəliklərin yerinə yetirilməsi və digər məsələlər müzakirə olunub. 

Söhbət zamanı Cənubi Qafqaz regionundakı vəziyyət, təhlükəsizlik məsələləri də müzakirə mövzusu olub. Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini xüsusi qeyd ediblər. 
Baş nazir İrakli Qaribaşvili regionda təhlükəsizliyin təmin olunmasında, eləcə də enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində Avropa İttifaqının rolunun artırılmasının vacibliyini qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO