"Bir çox hallarda COVID-19 pandemiyasından qeyri-proporsional olaraq qadınlar zərər görüblər".
"Qadınlara qarşı zorakılığının dəhşətli dərəcədə artmasının, cinsiyyət və reproduksiya ilə əlaqəli səhiyyə xidmətlərinə çıxışın azalmasının şahidi olduq".
Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
MÖVZU İLƏ BAĞLI:
Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI
Onun sözlərinə görə, pandemiya dövründə qadınlar kişilərdən daha çox iş yerlərindən məhrum olublar.
Bundan əlavə, qadınların üzərinə uşaqlara və qocalara qayğı göstərmək baxımından əlavə yük düşüb.
ÜST rəhbəri qeyd edib ki, qlobal pandemiyanın nəticələri daha çox qadınlara təsir edib.
Bizim.Media