Baş Prokurorluğa yeni səlahiyyət VERİLDİ

Baş Prokurorluğa yeni səlahiyyət VERİLDİ

Hazırda oxunan: Baş Prokurorluğa yeni səlahiyyət VERİLDİ

141446

Baş Prokurorluğa yeni səlahiyyət verilib. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hüquqi yardım haqqında ərizələrin təqdim olunması barədə” Avropa Sazişi üzrə əlaqələndirici orqanın, “Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında” Avropa Konvensiyası üzrə səlahiyyətli orqanın və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyası üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 754 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. 

Sərəncamla 1983-cü il noyabrın 24-də Strastburq şəhərində imzalanmış "Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında" Avropa Konvensiyasının Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədilə mərkəzi orqan - Azərbaycan Respublikasının Baş Prokurorluğu müəyyən edilib. 
Qeyd edək ki, əvvəllər bu səlahiyyət Ədliyyə Nazirliyinə məxsus idi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO