Onbirincilərin "Son zəng" mərasimi bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə 10 il əvvəl istifadəyə verilmiş Xaçmaz rayonunun Palıdlı kənd tam orta məktəbində də baş tutub.
Bizim.Media xəbər verir ki, bu dərs ili məktəbi bitirən 15 məzunun məzun günündə valideynlər, kənd sakinlər, yerli rəsmilər və məktəbin müəllim, şagird kollektivi iştirak edib. Məktəbin direktoru Səhman Əliyev onbirincilərə ən səmimi arzularını çatdırıb, onlara müstəqil həyatda uğurlar arzulayıb.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Dədəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rasim Qasımov, qocaman müəllim Abdurrəhim Yaqubov və başqaları orta məktəb həyatına "əlvida"deyən məzunları təbrik edib, onlara uğurlar diləyib. Mərasim məzunların xoş mahnı və rəqsləri ilə ,şagird və müəllimlərin təbrikləri ilə davam edib.
Qeyd edək ki, Palıdlı kənd orta məktəbi 2013-ci ildə Xıraxoba kəndinin ərazisində inşa olunub. 2015-2016-cı dərs ilindən bu ilki 15 məzun olmaqla indiyədək 74 nəfər gənc bitirib. Məlumat üçün bildirək ki, bu gün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi 413 ümumtəhsil orta məktəbdən 5301 məzun müstəqil həyata atılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:16 / 14.06.2023
Xaçmazda "Son zəng" belə KEÇİRİLDİ – FOTO
Hazırda oxunan: Xaçmazda "Son zəng" belə KEÇİRİLDİ – FOTO
Hazırda oxunan: Xaçmazda "Son zəng" belə KEÇİRİLDİ – FOTO
141442
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.