“Starwood Capital Group” şirkəti Azərbaycanın turizm sektoruna maraq göstərir

“Starwood Capital Group” şirkəti Azərbaycanın turizm sektoruna maraq göstərir

Hazırda oxunan: “Starwood Capital Group” şirkəti Azərbaycanın turizm sektoruna maraq göstərir

141137

İqtisadiyyat naziri Mikayıl Cabbarov alternativ sərmayələrin idarə edilməsi üzrə ixtisaslaşmış “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlix ilə görüşüb. 

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycanda iqtisadi sferada həyata keçirilən tədbirlər, əldə edilən nəticələr, ölkəmizin əlverişli işgüzar mühiti, xarici sərmayədarlar üçün yaradılan imkanlar, energetika, xüsusilə alternativ və bərpaolunan enerji, logistika, turizm və digər istiqamətlər üzrə investisiya qoyuluşu üçün yaxşı fürsətlərin mövcudluğu vurğulanıb, bu sahədə “Starwood Capital Group” şirkəti ilə tərəfdaşlıq potensialı qeyd olunub. 

Tərəflər qlobal iqtisadi tendensiyalar fonunda yeni çağırışlar, investisiyaların təşviqi üçün ölkəmizdə görülən işlər və şirkətlə bir sıra sahələrə, o cümlədən turizm sektoruna sərmayə qoyulması sahəsində əməkdaşlıq məsələləri barədə müzakirə aparıblar. 
Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə aparıcı investisiya şirkətlərindən olan “Starwood Capital Group” 1991-ci ildə təsis edilib, mərkəzi ofisi ABŞ-da yerləşir. Şirkət 35-dən artıq ölkədə daşınmaz əmlak, kredit və enerji infrastrukturu sahəsi üzrə investisiya yatırıb.

Hazırda qurumun portfel şirkətlərində 5 mindən artıq əməkdaş işləyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO