"Neftçi" Şuşadakı basketbol turnirinə qələbə ilə başladı - DİGƏR NƏTİCƏLƏR - FOTO

Hazırda oxunan: "Neftçi" Şuşadakı basketbol turnirinə qələbə ilə başladı - DİGƏR NƏTİCƏLƏR - FOTO

141055

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində növbəti oyun baş tutub.

Bizim.Media xəbər verir ki, B qrupunda yer alan Azərbaycan millisi Macarıstan seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 21:6 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunda yer alan "Neftçi" klubu isə Rumıniya yığması ilə görüşüb. Qarşılaşma Azərbaycan təmsilçisinin 20:11 hesablı qələbəsi ilə yekunlaşıb.
B qrupunda Niderland yığması Yaponiyanın G FLOU klubu ilə gücünü sınayıb. Qarşılaşma Avropa təmsilçisinin 15:9 hesablı qələbəsi ilə bitib. A qrupundakı ilk görüşdə Almaniya Türkiyə seçməsini 17:9 hesabı ilə üstələmişdi.

Turnirin ilk oyununda Almaniya və Türkiyə komandaları (A qrupunda) üz-üzə gəliblər. Qarşılaşma Almaniya millisinin 17:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşü gənclər və idman naziri Fərid Qayıbov, həmçinin, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da izləyib.






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO