Aygün Kazımova və Murad Arif gündəmi “Çalxala”dılar – VİDEO 

Aygün Kazımova və Murad Arif gündəmi “Çalxala”dılar – VİDEO 

Hazırda oxunan: Aygün Kazımova və Murad Arif gündəmi “Çalxala”dılar – VİDEO 

140973

Xalq artisti Aygün Kazımova və bəstəkar-müğənni Murad Arif duet oxuduqları “Çalxala” adlı mahnılarına çəkilmiş klipi təqdim ediblər. 

Bizim.Media xəbər verir ki, ilk dəfə Murad Arifin “Solo” adlı konsertində səsləndirilən duet az zaman çərçivəsində sevildiyi üçün tərəflər bir araya gələrək rəngarəng klip ərsəyə gətiriblər.

Kazımovanın ekran işindəki tərzi üzərində peşəkar stilist Ruxa çalışıb.

Söz və musiqisi Murad Arifə məxsus olan nəğmə üçün sevilən ulduzlar iki gün kamera qarşısında olublar. Sözügedən mahnı Murad Arifin “Çalxala” adlı albomunun çıxış parçasıdır.
“Hesab edirəm ki, Aygün Kazımova ilə duet həm çoxdankı arzum, həm də yaradıcılığımın yeni mərhələsidir. Etiraz etməsə, silsilə duetlər yaradaram. Çünki onun işığını, enerjisini çox sevirəm! Ümumiyyətlə, dinamika və enerji baxımından uyğunluğumuzu hiss edirəm. Bəlkə də bu səbəbdən mahnı işıq üzü görmədən hit oldu. Müasir dövrdə çox nadir hadisədir ki, mahnı ilk dəfədən dillər əzbəri olsun. Bunu konsertimdən sonra hiss etdim. Sosial şəbəkələr dayanmır, hər kəs paylaşır” - deyə, M. Arif vurğulayıb. 

Qeyd edək ki, sözügedən ekran işinin rejissorluğu Delee Orucluya həvalə olunub. 
 









Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO