Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının sonuncu - beşinci mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, yarışa Beyləqan Şəhər İcra Hakimiyyətinin qarşısından start verilib.
Sonuncu mərhələdə idmançılar Beyləqan-Şuşa marşrutu üzrə hərəkət ediblər. Ümumilikdə, velosipedçilər 132,2 kilometr məsafə qət ediblər.
Sonuncu mərhələnin nəticələrinə görə, birinci yeri sahibi italiyalı Emanuele Ansaloni, ikinci yeri Rumıniya komandasının üzvü Kristian Raileano, üçüncü yeri isə Rumıniya komandasının üzvü Adi-Narcis Marcu tutublar.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:46 / 11.06.2023
“Əziz Şuşa” beynəlxalq velosiped yarışına YEKUN VURULDU - QALİBLƏR
Hazırda oxunan: “Əziz Şuşa” beynəlxalq velosiped yarışına YEKUN VURULDU - QALİBLƏR
Hazırda oxunan: “Əziz Şuşa” beynəlxalq velosiped yarışına YEKUN VURULDU - QALİBLƏR
140883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.