“Beşiktaş” “Milan”ın futbolçusuna təklif göndərdi

“Beşiktaş” “Milan”ın futbolçusuna təklif göndərdi

Hazırda oxunan: “Beşiktaş” “Milan”ın futbolçusuna təklif göndərdi

140836

"Beşiktaş" yeni mövsüm üçün transfer fəaliyyətini davam etdirir.  

Bizim.Media xəbər verir ki, "qara qartallar"ın gündəmində olan futbolçulardan biri "Milan"da çıxış edən Ante Rebiçdir.  

İstanbul təmsilçisi 29 yaşlı yarımmüdafiəçi üçün İtaliya klubuna rəsmi təklif göndərib. "Beşiktaş" A Seriyası təmsilçisinin cavabını gözləyir.  

Qeyd edək ki, "Milan" Ante Rebiçi 2020-ci ilin yayında "Ayntraxt"dan transfer edib. Xorvatiya millisinin üzvü son mövsümdə "rossonerilər"in heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qoç və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli vingerin klubla müqaviləsi 2025-ci ilin yayına kimidir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO