Qaxda idarə və müəssisə əməkdaşları şahmat turnirində bacarıqlarını SINAYIB - FOTO 

Qaxda idarə və müəssisə əməkdaşları şahmat turnirində bacarıqlarını SINAYIB - FOTO 

Hazırda oxunan: Qaxda idarə və müəssisə əməkdaşları şahmat turnirində bacarıqlarını SINAYIB - FOTO 

140834

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının təşəbbüsü ilə Uşaq-Gənclər İdman-Şahmat Məktəbində baş tutan turnirdə rayonun idarə, müəssisə və təşkilatlarını təmsil edən 20-dək şahmatçı mübarizə aparıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şahmat turnirində həmçinin şəhid ailələrinin üzvləri də iştirak edib.  

Turnirin açılış mərasimində qeyd olunub ki, belə turnirlərin keçirilməsində əsas məqsəd rayonda şahmatın kütləviliyinə nail olmaq, şahmatçıların ustalıqlarını artırmaqdan ibarətdir.

Püşkatmadan sonra yarışlara start verilib.  

Gərgin mübarizə şəraitində keçən yarışda Eldəniz Əzizov turnirin qalibi adını qazanıb. Növbəti yerləri isə Elmir Həşimli və Elvin İsgəndərov qazanıb.  

Turnirin qalibləri diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılıb.  


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO