“Neftçi”nin legioneri vətənində oynayacaq

“Neftçi”nin legioneri vətənində oynayacaq

Hazırda oxunan: “Neftçi”nin legioneri vətənində oynayacaq

140810

"Neftçi" ilə müqaviləsinin müddəti başa çatan və Bakı təmsilçisindən yeni müqavilə təklifi almayan Voyislav Stankoviç karyerasını ölkəsində davam etdirməyə yaxındır.  

Bizim.Media xəbər verir ki, 35 yaşlı futbolçunun xidmətində ölkəsinin "Vojdovats" klubu maraqlıdır.  

Serb futbolçunun növbəti mövsümə ölkəsində başlamaq ehtimalı yetərincə realdır. Hərçənd Voyislavı heyətində görmək istəyənlər arasında Azərbaycan klubları da var.  

Qeyd edək ki, Stankoviç son mövsümdə ağ-qara forma ilə çempionatda 29, Konfrans Liqasının təsnifat mərhələlərində və Azərbaycan Kubokunda 4 matça çıxıb. Mərkəz müdafiəçisi 2 qol vurmağa imkan tapıb ki, bunların da hər ikisi Premyer Liqa qarşılaşmalarına təsadüf edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO