II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Gülyanaq Məmmədova ÇOŞQUSU - FOTO/VİDEO

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Gülyanaq Məmmədova ÇOŞQUSU - FOTO/VİDEO

Hazırda oxunan: II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Gülyanaq Məmmədova ÇOŞQUSU - FOTO/VİDEO

140746

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 6-cı günündə “Özbəkistan günü”nə həsr olunmuş tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, festivala özəllik qatan isə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova olub. 



Sənətçi əsrarəngiz səsi və canlı ifaları ilə tədbiri daha da coşdurub. Xalq artisti festivalda həm Azərbaycan, həm də özbək dilində mahnılar səsləndirib. Müğənni kitabsevərlərlə yaxın ünsiyyət qurmaq üçün səhnədən enərək onlara sarı gəlib.



Məmmədovanın özbək dilində oxuduğu nəğmələr isə festival iştirakçılarını biganə qoymayıb. Onlar sənətçi ilə birlikdə qol qaldırıb, rəqs ediblər. Gülyanaq Məmmədovanın hər çıxışı isə tədbir iştirakçıları tərəfindən böyük coşqu və alqışla qarşılanıb. 
Qeyd edək ki, II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının informasiya dəstəyi Bizim.Media-ya məxsusdur. 
 




Rəşad Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO