Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesindən DANIŞDI  

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesindən DANIŞDI  

Hazırda oxunan: Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesindən DANIŞDI  

140736

İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqanla telefon danışığı aparıb. 

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib 

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparılıb. 

Azərbaycan və Ermənistan arasında son bir ay ərzində aparılan danışıqlar və gündəmdə duran açıq məsələlərin həlli perspektivləri barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO